Polşanın Varşava şəhərində keçirilən FIBA 3x3 Qadın Basketbol üzrə dünya çempionatı davam edir.
Sportnet.az-ın məlumatına görə, bu gün Azərbaycan komandası (Dina Ulyanova, Aleksandra Mollenhauer, Erika Karter və Brianna Freyzer) Almaniya komandasına qarşı dörddəbir final oyunu keçirib.
Bu matçda 18:16 hesabı ilə qalib gələn Azərbaycan komandası yarımfinala yüksəlib.
Milli 1/2 finalda ABŞ ilə qarşılaşacaq.















































































