Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Hamit Altıntop yenicə ailə qurduğu Feyza Altıntopla Ümrəyə gedib. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi müqəddəs torpaqlardan fotosunu "İnstagram"ından paylaşıb.
O şəklin altında yazıb: "Gözəl həyat yoldaşımla Mədinəyə ziyarət. Allah dualarımızı qəbul etsin və hər kəsə nəsib etsin".