UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün final oyunu keçirilib..
Sportnet.az-ın məlumatına görə, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gəlib.
Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da təşkil olunacaq görüşün əsas vaxtı 1:1 hesablı heç-beçə ilə yekunlaşıb.
Hesabı 6-cı dəqiqədə "topçular"ın futbolçusu Kay Haverts açıb.
65-ci dəqiqədə PSJ-nin oyunçusu Kay Haverts bərabərlik qolunu vurub. Beləliklə, matçın əsas vaxtı heç-heçə ilə yekunlaşıb.
Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib.
Nəticədə penaltilər seriyasına müraciət olunub. Bu bölümdə isə PSJ daha dəqiq olub - 3:2.
Beləliklə, PSJ ardıcıl ikinci il Çempionlar Liqasının qalibi olub. "Arsenal" isə 20 ildən sonra çıxış etdiyi finalda yenə uduzub.
30 may
UEFA Çempionlar Liqası
Final
20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 1:1 (PENALTİLƏRLƏ - 3:2)
Qollar: Usman Dembele, 65 (pen.) - Kay Haverts, 6
Baş hakim: Daniel Zibert (Almaniya)
"Puşkaş Arena".
Qeyd edək ki, PSJ turnirin son qalibidir. "Arsenal" isə heç vaxt Çempionlar Liqasını qazanmayıb.


















































































