"Qalatasaray" ölkə çempionatının XVII turunda keçiriləcək "Kayserispor"la maçtın hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, komandanın bəzi zədəli futbolçuları artıq məşqlərə qoşulub.
Hamit Altıntop, Uesli Sneyder və Jason Denayer fərdi çalışmalarala kifayətlənib. Lukas Podolski, Joze Rodriges, Semih Kaya və Emre Çolakın isə müalicələri başa çatıb. Onlar komandayla birgə məşqlərə qoşulub.
Burak Yılmazın isə müalicəsi davam etdirilir.