
Türkiyə Futbol Federasiyası sabiq hakim İbrahim Dincdağa təzminat ödəyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə İstanbul məhkəməsi qərar çıxardıb.
Kompensasiyanın ödənilməsinə səbəb Dincdağın mavi olduğu bilindikdən sonra onun federasiya tərəfindən lisenziyası alınaraq hakimlikdən uzaqlaşdırılmasıdır. 2009-cu ildə baş verən hadisəyə görə Dincdağ federasiyanı məhkəməyə verib və 40 min avro təzminat istəyib.
Lakin məhkəmə federasiya tərəfindən 40 min deyil, 9 min avro ödənilməsinə qərar verib.







































































