1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Təbriz Həsənov: "Gələn il də bu heyətlə çıxış edəcəyik"
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Təbriz Həsənov FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə Sloveniyanın U-19 millisinə 0:4 hesablı məğlubiyyəti şərh edib. Sportnet.az-ın məlumatına görə, rəqibi təbrik edən gənc mütəxəssis Sloveniyanı qələbəyə layiq komanda adlandırıb.
Onun fikrincə, rəqib bütün komponentlərdə üstün oynayıb: "Səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanət etmək istəməzdim. Çünki buraya gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda builki turnir davam edir. Növbəti oyunda daha yaxşı çıxış edəcəyimizi düşünürəm”.
Qeyd edək ki, C qrupunda 4 xalla 3-cü yeri tutan Azərbaycan millisi turniri ən yaxşı halda 7-ci yerdə başa vura biləcək. Rəqib bu gün müəyyənləşəcək.