Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda I Divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin yeganə qolunu yeni transfer Vaqif Cavadov vurub.
Qeyd edək ki, "Sumqayıt" növbəti yoxlama oyununu bu gün AZAL-a qarşı keçirəcək.