Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Kartepe bölgəsində keçirəcək "Sumqayıt” klubunun daha iki rəqibi müəyyənləşib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 23-də Türkiyənin I liqa təmsilçisi "Manisaspor”, 25-də isə Türkmənistanın "Altın Asır" klubu ilə qarşılaşacaq.
"Ağ-göylər” iyulun 17-də İranın "İstiqlal Əhvaz", 20-də isə
Özbəkistan çempionu "Bunyodkor"la üz-üzə gələcək.
Qeyd edək ki, "Sumqayıt” klubu Türkiyədə 5 yoxlama oyunu keçirəcək.