İngiltərənin "Mançester Siti" klubu "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocerslə maraqlanır.
Sportnet.az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisi 23 yaşlı futbolçunu yenidən heyətinə qatmaq variantını nəzərdən keçirir.
Rocers daha əvvəl "şəhərlilər"in akademiyasında çıxış edib.
İngiltərə millisinin üzvünə "Arsenal", "Çelsi", Almaniyanın "Bavariya" və Fransanın PSJ klublarının da maraq göstərdiyi bildirilir.
"Mançester Siti"nin yay transfer dönəmində hücum xəttində ciddi dəyişikliklər etməsi gözlənilir. Komandanı tərk etməyə hazırlaşan Bernardo Silvanın yerinin doldurulması əsas hədəflərdən biri hesab olunur. Baş məşqçi Entso Mareska və idman direktoru Uqo Viananın rəhbərliyi altında formalaşan yeni komanda rəhbərliyi heyəti gücləndirməyi planlaşdırır.
Morqan Rocers hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri sayılır. Futbolçunun uyğun təklif alacağı halda transferə müsbət yanaşdığı qeyd olunur.
Bununla belə, "Aston Villa" onu ucuz qiymətə buraxmaq niyyətində deyil. Rocersin transferinin yay transfer pəncərəsinin ən bahalı keçidlərindən birinə çevrilə biləcəyi vurğulanır.

































































