1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahir Şükürov: "Foqts gördü ki, azərbaycanlı azərbaycanlının torbasını tikir" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürovun şok müsahibəsi yayılıb. Sportnet.az həmin müsahibəni "Xəzər TV"yə istinadən təqdim edir...
- Çoxdandır futbol oynamırsınız. İşləriniz necə gedir?
- Hər şey yaxşıdır. Özümün biznesim, İzmirdə evim var və orada yaşayıram. Tez-tez gedib gəlirəm. Bir neçə təklif var. Mayda məni yenidən futbolda görəcəksiniz. Futbolsuz özümü təsəvvür edə bilmirəm, amma toparlanmağım üçün mənə bir az istirahət lazım idi. Hər şey yaxşı olacaq.
- Söz-söhbətlər vardı ki, Mahir Şükürov futbolçu karyerasını bitirib. Demək hələ də özündə güc hiss edirsən və karyeranı bitirməmisən..
- Əlbəttə, güc hiss edirəm. Bu gün Azərbaycan çempionatına baxıram, görürəm ki, elə məşq etməyə-etməyə çıxıb oynaya bilərəm. Özünüz də şahidi olursunuz. Hələ 1-2 ilim var. İstəyirəm bu müddətdə oynayım, sonra futbolla qurtarım. Alınmasa, hər şey Allahın əlindədir. Alınsa lap yaxşı olar. İstəyirəm 1-2 il də oynayım.
- Bir müddətdir ölkə çempionatında problem yaranıb. Klubların maliyyə dayaqları zəifləyib. Ümumiyyətlə Premyer Liqa kənardan necə görünür və hansı komandanı çempionluğa şanslı görürsən?
- Bu gün özümüz də görürük ki, "Qarabağ" liderdir. Təəssüflər olsun ki, "Neftçi" altıncı yerdədir. Ancaq bizim vaxtımızda yaxşı idi. "Neftçi"ni bu günə qoyublar.
- Berti Foqts insan kimi, məşqçi kimi necə biri idi?
- Bilirsiniz necədir? Foqts Azərbaycana birinci gələndə bizə hörmət edirdi. Sonra gördü ki, azərbaycanlı azərbaycanlının torbasını tikir, dedi mən niyə bunlara hörmət qoymalıyam? Bu bir. İkincisi də Foqts futbolçunun qədrini bilirdi. Foqts deyəndə ki, mənə Almaniyada toplanış lazımdır, dərhal deyirdilər ki, düz danışır. Bu gün o şəraiti yaratmırlar. Bildiniz də nə demək istəyirəm? Ona görə də Foqts mənə görə bir dahidir. Ona görə ki, həm dünya, həm də Avropa çempionudur. Bir insan Frants Bekkenbauerlə bir stolda oturub kofe içir, necə ola bilər? Foqts mənim üçün bir nömrədir. 6 il bir məşqçi ilə çalışmaq asan iş deyil. Kim ki deyir Mahir... Mahir intizamsız futbolçu olsa, alman məşqçi onu heç vaxt komandada saxlamaz. İstəyir yaxşı oyunçu ol, nə olursan ol... Ona görə ki, özümüz də şahidi olmuşuq: o vaxt Berti Foqts Avropa çempionu olanda Lotar Matteus kimi futbolçunu aparmamışdı. Foqts Azərbaycana gəlmiş-getmiş ən güclü əcnəbilərdən biridir. Bəzi şeyləri vardı. Məsələn, oyunlar olurdu ki, futbolçunu birəbir oynadırdı. Bu da köhnə sistemdi, indi öz zonanda qarşılayırsan. Onda görürdün ki, hə, indi belə şey yoxdur. Ondan başqa mən onda köhnə məşqlər görməmişəm.
- Foqtsla yollarımızı ayırmaqda düz etdik, ya hələ də Azərbaycan futboluna xeyir verə bilərdi?
- Foqtsun özü getdi. Gördü ki, Azərbaycan futbolu ilə bundan artığını etmək olmaz. Real danışmaq lazımdır. Foqtsun vaxtında mən deyirdim ki, bu legionerlər bizə lazım deyil. Sayım adlarını: Ufuk Budak, Cihan Özkara, Əli Gökdəmir, Rüfət Dadaşov və s. Bircə Dadaşov nisbətən normal idi. Hardasa 8 futbolçu vardı ki, deyirdim bunlardansa öz futbolçularımız olsa, yaxşıdır. Nəyə görə deyirdim? Foqts hardasa 6 il bizimlə çalışdı. Əgər bu müddət ərzində 10 yerli futbolçunu götürüb yetişdirsəydilər, onlardan 2-3-nün bəhrəsini görə bilərdik. Mənə deyirdilər ki, niyə elə deyirsən, "malala" getsin. Mən "malalaya" bilmirəm. Bu gün Mahir Şükürov sözün düzünü deyir, Mahiri xoşlamırlar. Amma yalan desəydim, Mahir yenə də elə Azərbaycanda kral kimi futbolun oynayırdı. Mənim təbiətimdə elə şey yoxdur. Mən nə varsa, sözün düzünü deyirəm.
- Hiss edirdilərmi ki, siz onları xoşlamırsınız?
- Hiss edirdilər deyəndə ki, onlar almanca danışırdı. Onların öz "kruq"u vardı, bizim öz "kruq"umuz. Bu gün o futbolçular millidə yoxdu. Bir dənə Dmitri Nazarovdur. O birilər niyə yoxdur? Siz onlara pasport vermisinizsə, niyə yoxdurlar, niyə çağırmırsınız?