
İspaniyanın "Real Madrid" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır. Sportnet.az-ın məlumatına görə, Madrid təmsilçisi "Monako"da top qovan Ceyms Rodriqesi İspaniyaya gətirməyi düşünür.
Alvaro Moratanı 22 milyon avroya "Yuventus"a satan və PSJ-nin Di Mariya üçün etdiyi 60 milyon avroluq təklifi dəyərləndirən "Real Madrid" hələ ki, Rodriqes transferində ortaq məxrəcə gələ bilməyib.






































































