Şotlandiya millisinin DÇ-2026 üçün açıqlanmış yekun heyətində dəyişiklik baş verib.
Sportnet.az-ın məlumatına görə, Tayler Fletçer dünya çempionatı üçün sifariş vərəqəsinə daxil edilib.
19 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in futbolçusudur. Onun heyətə cəlb olunması zədə səbəbindən mundialı buraxacaq Billi Gilmorun yoxluğundan sonra reallaşıb.
Fletçer başa çatan mövsümdə İngiltərə Premyer Liqasında 2 oyunda meydana çıxıb. O, həmçinin "Mançester Yunayted"in U-21 komandasında 29 qarşılaşmada forma geyinib.
Şotlandiya millisi dünya çempionatının C qrupunda Braziliya, Mərakeş və Haiti yığmaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının final mərhələsində 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək.


































































