"Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov bu gün gecədən cəbhə bölgəsində yaranan gərginliklə bağlı fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, T.Süleymanov sosial şəbəkədəki şəxsi hesabında bunları bildirib:
"Cəbhə bölgəsində gərginlikdir. Həqiqətə uyğun olmayan dəqiqləşdirilməmiş məlumatlar, panikaya söykənən açıqlamalar yayılır. Bu açıqlamalar istəmədən də olsa, xalqımıza deyil, düşmənə xidmət etmiş olur. Müharibə itkisiz olmur. Ayıq olun dostlar! İçimizdə də düşmənlərə xidmət edənlər kifayət qədərdir".