Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasına məğlubiyyətlə başlayıb.
Sportnet.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İsveç yığmasına uduzub.
Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş rəqibin 3:0 (25:19, 25:14, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb..
Qeyd edək ki, milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.













































































