"Anji”nin sabiq baş məşqçisi Ruslan Ağalarov "Qəbələ”nin sabiq legioneri Lorenzo Ebesilyonu günahlandırıb. Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis Rusiya Premyer Liqasının 22-ci turu çərçivəsində bu gün "Terek”ə 2:3 hesabı ilə uduzduqları səfər matçında hollandiyalı yarımmüdafiəçini ikinci hissədə meydanda buraxsa da, sonradan əvəzləməli olub.
Buna aydınlıq gətirən Ağalarov Ebesilyonu üzərinə düşən işi görməməkdə təqsirləndirib: "Biz Ebesilyonu sağ cinah yarımmüdafiəçisi kimi oynamağa buraxmışdıq. Ancaq 5-7 dəqiqə keçmiş mərkəzdə, daha sonra isə sol cinahda yer aldı. Buna görə də hələ 3-cü qolu buraxanadək onu əvəzləməyi qərara aldıq. Növbəti əvəzləmə etməyə fasilə yox idi. Vəziyyəti araşdıracağıq. Futbolçunu sağ cinah kimi yarımmüdafiəçisi kimi buraxırsan, ancaq o, göstərişi yerinə yetirmir. Hərçənd, Ebesilyo oyundan əvvəl demişdi ki, hər şeyi başa düşüb”.
Qeyd edək ki, cari mövsümdən "Anji”də oynayan Ebesilyo sabiq baş məşqçi Yuri Syominin vaxtında transfer olunub. O, "Qəbələ”də 2013/14 mövsümündə də bu mütəxəssisin rəhbərliyi altında oynayıb.