Bütün dünyanın diqqət mərkəzində olan "Barselona” - "Real Madrid” derbisinin baş hakimi ilə bağlı maraqlı məlumat yayılıb. Sportnet.az-ın məlumatına görə, bu gün Bakı vaxtilə saat 22:30-da başlayacaq matçı idarə edəcək Alexandro Ernandes Ernandes hələ 22 il öncə "El Klasiko” iştirakçılarının uşaq komandalarının görüşünü idarə edib.
O, hakimliyə 10 yaşında başlayıb. Bir il sonra isə artıq "Barselona” ilə "Real Madrid”ın uşaq komandalarının oyununda iş başında olub. Yəni Ernandesin həmin vaxt 11 yaşı olub. İndi isə onun 33 yaşı var: "Hakim olmaq bütün həyatımın mənasıdır. Mən bu işsiz həyatımı təsəvvür etmirəm. Oyunlardan əvvəl həmişə komandalara matçdan zövq almağı arzulayıram. Buna görə də bizim belə gözəl oyunun iştirakçısı kimi unikal imkanımız var”.