1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elnur Məmmədov: "Bu mənim üçün uğursuzluq sayılacaq" - MÜSAHİBƏ
"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Rəvan"la keçirilmiş səfər oyunundan sonra jurnalistlər üçün brifinq keçirib. E.Məmmədov Sportnet.az-ın əməkdaşının da suallarını cavablandırıb.
- "Neftçi" autsayderə məğlub oldu. Ümumiyyətlə komandanın problemi nədir?
- Ən böyük problemimiz odur ki, qeyri-stabil oynayırıq. Ötən tur "İnter"lə oyunda hamı düşünürdü ki, rəqib bizi məğlub edəcək. Lakin biz qalib gəldik. Bu gün isə əksinə, hər kəs düşünürdü ki, biz "Rəvan”ı çox asalıqla məğlub edəcəyik. Amma təəsüf ki, nəticə başqa oldu. Qeyri-stabil oyun bizi çox narahat edir. Bununla bağlı baş məşqçi ilə və məşqçilər korpusu ilə söhbətimiz olacaq. Futbolçular gərək dərk edə ki, hansı klubun formasını geyinirlər. Komanda udar da uduzar da. Uduzanda da gərək futbol oynayıb uduzasan. Bugün oyun yox idi.
- Demək futbolçularınız oyuna özlərindən razı şəkildə çıxmışdılar?
- Mən deməzdim özlərindən razı çıxmışdılar. Sadəcə, arxayın çıxmışdılar ki, 100 faiz qalib gələcəklər.
- Bunun üçün də cəza olacaq?
- Məşqçilər korpusu ilə ciddi söhbət olacaq. İndi isti başla nə isə demək istəmirəm. 1 gün sonra oyunu ətraflı təhlil edib lazımı ölçü götürəcəyik.
- "Rəvan” bu mövsüm 11 xlın 7-ni "Neftçi”dən alıb. Bu komandanı sizin qorxulu röyanız adlandırmaq olar?
- Tam olaraq razı deyiləm ki, bizə ancaq "Rəvan” başağrısı olur. AZAL da bizə başağrı olub, digər klublar da. Bizim üçün bütün oyunlar çətin keçir. Bizdən aşağı pillələrdə olan komandalarla oyunlara futbolçular arxayın çıxır.
- Bu cür oyunla avrokuboklara çıxsanız orda nəyə ümid edəcəksiniz?
- Hələ ki, bu haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, "Neftçi”də hamıya şans verilir. Xüsusilə də cavan futbolçulara. Özünü doğrultmayan futbolçular yəqin ki, mövsümün sonuna komandadan göndəriləcək, onların əvəzinə yeni futbolçular alınacaq.
- Bəxtiyar Musayevin gedişinə münasibətiniz necədir?
- Bəxtiyar Musayev öz ərizəsi ilə klubdan getdi. Səbəb isə onunla bizim aramızda yaranan fikir ayrılığı oldu.
- Deyilənə görə, onu siz göndərmisiniz. Sabiq prezident Sadıq Sadıqovun adamı olduğu üçün. Ümumiyyətlə, bundan qabaq klubdan göndərilənlərlə bağlı da sizin adınız hallanır...
- Baxsanız özünüz də görərsiniz ki, hazırda "Neftçi”də işləyənlər elə köhnə işçilərdi. Yalnız bir departament rəhbəri gedib. Qalanları yenə öz işlərini davam etdirir. Musayevlə bağlı az öncə də dediyim kimi, fikirlərimiz üst-üstə düşmədi. Deməzdim ki, o, işinin öhdəsindən gəlmədi. Burda bir sıra səbəblər oldu. Adam var ki, yaxşı şəraitdə işləyə bilir, amma şərait yaxşı olmayanda işləyə bilmir Yaxud maddi faktorlar nədəsə rol oynayır.
- Musayevin gedişindən sonra onun gətirdiyi futbolçuların "Neftçi”dəki taleyi necə olacaq?
- Onun gətirdiyi futbolçuların bu məsələyə heç bir dəxli yoxdur.
- Mətbuatda çox tənqid olunursunuz. Bugünkü uğursuzluqlarda böyük əksəriyyət sizi günahkar bilir və sizi zəif kadr kimi qələmə verir. Buna münasibətiniz?
- Əgər komanda zəif nəticə göstərirsə tənqid olunmalıdır. Bu mənada tənqidləri normal qarşılayıram. Biz bu gün infrastruktur qura, stadion tikə və digər uğurlu layihələr həyata keçirdə bilərik. Amma öndə olan göstərici klubun göstərdiyi nəticədir. Nəticə yoxdursa, tənqid də olmalıdır. Sağlam tənqidi qəbul edirəm, amma şər-böhtanı yox. Ola bilsin komanda 6-cı yeri tutsun, amma avrokuboklara getsin. Ancaq şəxsən mənim üçün bu uğur yox, uğursuzluq sayılacaq. Çünki 6-cı yer tutmaq "Neftçi”yə yaraşmır. Biz mövsümün əvvəlində hədəf qoyduq ki, daha çox gənclərə şans verək onlar da uğurlu oyunları ilə özlərini doğrultsun. Amma istədiyimiz olmadı və əksinə, komanada qeyristabil oyunla yadda qaldı.
- Baş məşqçi məsələsi nə yerdədi, konkret danışıq apardığınız məşqçi var?
- Baş məşqçi məsələsi gündəmdədir. Amma bu haqda mətbuata açıqlama vermək istəmirəm. Desək ki, yeni məşqçi gəlir, bu, hazırkı baş məşqçiyə hörmətsizlik olardı. Desək ki, heç bir baş məşqçi ilə danışıqlar aparmırıq, onda da deyəcəklər ki, uğursuzluq var, amma baş məşqçi axtarmırlar. Ona görə də bu məsələdə susmağa üstünlük veririk.
Bəs günahkar kimdir?
- Günahı ancaq bir nəfərin üzərinə atmaq mümkün deyil. Futbolçular üçün hər cür şərait yaradılır. Biz onları tənqid etmək istəmirik. Amma təəssüf ki, biz onlardan lazım olan məsuliyyəti görə bilmirik. Halbuki, bunu onların geyindiyi "Neftçi" forması tələb edir. Həm də manatın devalvasiyası bizim qış hazırlıq planlarımıza təsirsiz ötüşmədi. Məsələn, dörd legioner almaq, qarşımıza yüksək hədəflər qoymaq istəyirdik. Amma sonda seçimi bazanın inşasından yana etdik. Ümid edirik ki, bu planlarımız növbəti mövsümə qədər tam həyata keçəcək.