1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Futbolçu olmağıma baxmayın, biz də əsgərik"
"Məşqlərimiz öz axarı ilə davam edir. Hazırlığımız yaxşı gedir, üzərimizə düşəni edib, verilən tapşırıqların öhdəsindən gəlməyə çalışırıq”. Bu sözləri "Kəpəz”in futbolçusu Tural Nərimanov Azərbaycan Premyer Liqasının XXIX turunda "Qarabağ”la keçirəcəkləri oyun öncəsi kapazpfc.az-a deyib.
Ötən tur AZAL-a 0:3 hesablı məğlubiyyətin gözlənilməz olduğunu bildirən 27 yaşlı müdafiəçi bu uğursuzluğu yaxşı nəticə ilə unutdurmaq istədiklərini söyləyib. Nərimanovun fikrincə, bütün hazırlıq buna hesablanıb.
"Kəpəz"in son məşqində şəhid olan hərbçilərimizin əziz xatirəsi anılıb, komandanın heyətində olan xarici futbolçulara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dolğun xəbərlər verilib. Nərimanov da yaşananlara münasibət bildirib: "Təbii ki, düşmən tərəfinin addımlarını pisləyirik. Bir tərəfdən igid oğullarımızın şəhid olmasına üzülürüksə, digər tərəfdən, onların qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etməsi bizi sevindirir. Əsgərlərimizin sayəsində futbol oynayırıq, onların döyüşdəki qələbələri bizi daha da ruhlandırıb. Mən özüm hərbi xidmətdə olmuşam, futbolçu olmağıma baxmayın, biz də əsgərik. Hər zaman döyüşməyə hazırıq. Vəziyyətlə bağlı legioner olan komanda yoldaşlarımıza da xəbərlər vermişik. Qoy onlar Azərbaycan həqiqətlərini bilsinlər”.