1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazim Süleymanovun keçmiş klubu bu günlərə qaldı
Rusiyanın "Alaniya" futbol komandası baş məşqçi Fyodor Qaqloyevin rəhbərliyi altında məşqə çıxmaqdan imtina edib. Sportnet.az-ın alaniatv.ru-ya istinadən məlumatına görə, boykota 50 yaşlı mütəxəssisin komandaya laqeyd münasibəti səbəb olub.
F.Qaqloyev "Mitos"la səfər matçına futbolçularla birgə yollanmaqdan imtina edib. "Alaniya"nın son çalışmaları baş məşqçisiz keçib. Oyunçular Vladiqafqazın "Spartak" stadionunun ehtiyat meydanında sərbəst məşqlərlə kifayətlənərək, məşqçilər heyətindən izahat gözləyiblər.
Komandadakı vəziyyətin pisləşməsi maliyyə çatışmazlığı ilə izah olunur. Şimali Osetiya hökuməti hazırda daha vacib sosial öhdəliklərlə əlaqədar köməklik göstərə bilmir. Oyunçular və klubun işçiləri bir neçə aydır maaş almır.
Qeyd edək ki, 95 illik tarixə malik "Alaniya" hazırda Rusiya II Divizionunun Cənub zomasında çıxış edir. Vladiqafqaz komandası 18 turdan sonra 13-cü pillədədir. Halbuki klub 1995-ci ildə Valeri Qazzayevin rəhbərliyi altında Rusiya çempionu olub. Həmin vaxt komandada azərbaycanlı futbolçu, hazırda 19 yaşadək futbolçulardan ibarət millimizdə baş məşqçi kimi çalışan Nazim Süleymanov da yer alıb. "Alaniya" 2012-2013 mövsümündə Premyer Liqadan, növbəti mövsümdə isə milyardlarla borcu ilə əlaqədar I Diviziondan kənarlaşdırılıb. 2014-cü ilin fevralında fəaliyyətini dayandıran klub bir müddət sonra yenidən formalaşdırılıb və II Diviziona ərizə verib.