İtaliya futbolunun tanınmış nümayəndəsi Françesko Toldo Bakıya gəlir. Sportnet.az-ın məlumatına görə, o, 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının püşkatma mərasimində iştirak edəcək.
Püşkatma mərasimi aprelin 8-də keçiriləcək.
F.Toldo Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olub. "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin Kavaleri, karyerası ərzində "İnter”, "Fiorentina” kimi klubların formasını geyinib.