1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qarabağ” qalib gəlsin, “abunəçi”lər sıraya düzülsün!
Azərbaycan Premyer Liqasının 2-ci "abunəçi”si müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Xəzər Lənkəran”dan sonra "Kəpəz” də bu ada "layiq görüıüb”.
Gəncə təmsilçisi də lənkəranlılar kimi, "Qarabağ”la cari çempionatdakı 4 oyunun hamısında uduzub. Özü də Şahin Diniyevin baş məşqçi olduğu komanda "Azərsun Arena”da qol vurmadan böyük hesabla məğlub olub – 0:3, 0:4.
Böyükhesablı məğlubiyyətdən söz düşmüşkən, "Kəpəz” ardıcıl 2-ci turdur paytaxda belə məğlubiyyətə düçar olur. AZAL-a 0:3 hesabı ilə uduzduğu matçda da qol vura bilməyən gəncəlilər Premyer Liqaya qayıdandan sonra ilk dəfə ardıcıl 2 tur böyük hesabla uduzublar. "Qarabağ”la oyundakı 0:4 isə komandanın bu mövsüm ən böyükhesablı məğlubiyyəti olub.