1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev yuxarıdan danışdı
"Bizə qələbə lazım idi. Onu da qazandıq. İmkanlarımız çox idi. İlk yarıda yararlana bilmədik, fasilədən sonra lazımi qolu vurduq". Bunu Sportnet.az-a açıqlamasında "İnter"in qapıçısı Kamran Ağayev komandasının AZAL-ı 1:0 hesabı ilə yendiyi Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra deyib.
29 yaşlı qolkiper bildirib ki, belə davam etsələr, çempionatı avrokuboklara vəsiqə verən yerlərdən birində başa vura bilərlər. O, UEFA-nın məlum qadağası barədə düşünmədiklərini vurğulayıb: "Belə davam etsək, yaxşı olar. Nəticə də əldə edərik. Biz həvəskar yox, peşəkar idmanla məşğuluq. Hər oyuna avrokuboklardan kənar qalacağımız düşüncəsi ilə yox, qələbə üçün çıxırıq. Məşqlərimizə də ciddi yanaşırıq. Qismət olacaq-olmayacaq deyə düşünmürük. Qalan şeyləri yuxarılar nə məsləhət bilsələr, elə də edərlər".
Ağayev zədə üzündən AZAL-la oyunu buraxmalı olub. Qapıçı deyib ki, nə zaman meydana dönəcəyini bilmir: "Hələ zədəm barədə heç nə bilinmir. Ümid edirəm ki, yaxşı olar. Düzgününü həkimlər bilir. Ağrılar keçdikdən sonra, yəni, əsanı əlimdən atsam, məşqlərə başlayacağam".
Qeyd edək ki, Kamran Ağayev XXVIII turda "Qəbələ" ilə səfər oyununda zədələnərək, meydanı vaxtından əvvəl tərk edib.