Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənovun mətbuat konfransı keçiriləcək. Sportnet.az-ın məlumatına görə, yığmamızın çalışdırıcısı aprelin 13-də, saat 13:30-da, Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində jurnalistlər qarşısına çıxacaq.
Konfransda iştirak edəcək mətbuat nümayəndələrini Milli Komandaların Məşq Mərkəzinə aparacaq avtomobil saat 12:30-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək. Tədbirə AFFA-nın təşkil edəcəyi nəqliyyat vasitəsi ilə gedəcək mətbuat nümayəndələrinin dəqiq sayını müəyyən etmək məqsədilə aprelin 12-də saat 10:00-dan 15:00-dək Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə əlaqə saxlanması xahiş olunur.