1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlk yarımfinalçılar müəyyənləşdi - YENİLƏNDİ
Bu gün futbol üzrə Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk 2 cavab oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, görüşlər İngiltərə və İspaniyada gerçəkləşib.
"Mançester Siti" səfərdə məhsuldar heç-heçə etdiyi Fransanın PSJ klubuna evdə çətinliklə də olsa qalib gəlib. Meydan sahibləri hələ ilk hissədə argentinalı bombardiri Serxio Aquero ilə penaltini qaçırsalar da, matçın sonuna yaxın qələbə topunu vura biliblər. Bununla da "Mançester Siti" tarixində ilk dəfə ÇL-nin yarımfinalına çıxıb.
"Real Madrid" klubu isə "Santyaqo Bernabeu"da Almaniya "Volfsburq"unu sınağa çəkib. Oyun Kriştianu Ronaldunun benefisi ilə yadda qalıb. Belə ki, "Real Madrid" poirtuqaliyalı hücumçusunun etdiyi heyt-rik sayəsində yarımfinala yüksəlib.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
22:45. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 1:0
Qol: Kevin de Bruyne, 76
30-cu dəqiqədə Serxio Aquero ("Mançester Siti") penaltini dəqiq yerinə yetirə bilməyib.
Mançester. "Etihad" stadionu
İlk oyun: 2:2
22:45. "Real Madrid" (İspaniya) - "Volfsburq" (Almaniya) - 3:0
Qollar: Kriştianu Ronaldu, 16, 17, 77
Madrid. "Santyaqo Bernabeu"
İlk oyun: 0:2
Qeyd edək ki, yarımfinalın digər iki iştirakçısı aprelin 13-də müəyyənləşəcək.