Azərbaycan Premyer Liqasının XXX turunda "Neftçi"ni səfərdə 2:1 hesabı ilə yenən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib. Sportnet.az 44 yaşlı mütəxəssisin fikirlərini təqdim edir...
- Məncə, hamı oyundan razı qaldı. Əsl futbol gördük. İlk hissədə hər iki komanda ehtiyatlı oyun nümayiş etdirdi. İkinci hissədə hər iki komanda tempi artırdı. Sonda 3 xal bizim oldu. Bu xal bizim üçün vacib idi. Bu gün futbolçular sonadək mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Tribunalarda gözəl atmosfer var idi. "Neftçi"yə uğurlar arzulayıram.
- Sona 6 tur qalıb. Xal fərqi çoxdu. Növbəti oyunlarda əvəzedici heyətə şans verə bilərsiz?
- Belə bir fikrim yoxdur. Ancaq hansısa oyunçunun istirahətə ehtiyacı olsa, dəyişiklik ola bilər.
- Şehiç açıqlamasında başqa klubdan sərfəli təklif olsa, qəbul edəcəyini deyib...
- Bu barədə xəbərim yoxdur. Onun bizimlə müqaviləsi var. Ancaq onun fikrinə normal baxıram. Yeni futbolçu axtarışındayıq. Hər mövqeyə oyunçu transfer etmək istəyirik.
- "Qarabağ" bu oyunda qol fürsətlərini sağa-sola xərcləyirdilər. Bunun səbəbini nədə görürsüz?
- Futbolçular bir qədər tələsirdilər. Əsasən də, Muaremin epizodunda. O, həmin epizodun təsirində qaldı və topu qapıya göndərmək yadından çıxdı.