1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin legionerlərinə tərs şillə
"Neftçi"nin legionerləri "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra da jurnalistlərə hörmətsizlik etmək istəyib. Sportnet.az-ın məlumatına görə, brifinq üçün nəzərdə tutulan Anyete ilə Nikolas Kanales media önünə çıxmaqdan imtina edib.
Əvəzində qapıçı Aqil Məmmədov sualları cavablandırıb. Media nümayəndələri klubun icraçı direktoru Elnur Məmmədova "Bildirmişdiniz ki, hansısa futbolçu açıqlamadan imtina etsə, cəzalanacaq. Amma yenə də danışmaq istəmədilər" deyə irad tutublar. Bundan sonra Məmmədov "Neftçi"nin avtobusuna tərəf yönəlib. Bir müddət sonra Anyete avtobusdan düşərək, media önünə keçib və sualları cavablandırıb: "Danışmamağımın xüsusi səbəbi yoxdur. Komandamızda çoxlu futbolçu var. Hərdən danışırıq, hərdən yox. Heç bir problem yoxdur. İndi burdayam, nə sualınız varsa, verin, cavablandırım".
Qeyd edək ki, oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 2:1.