1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Riçard Aymeyda: "Reynaldonun qolundan sonra hər ikisindən üzr istədim" - MÜSAHİBƏ
"Qarabağ"ın braziliyalı futbolçusu Riçard Almeyda "Neftçi" ilə oyundan sonra brifinq keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə qazandığınız matç haqda nə deyərdiniz?
- "Neftçi" ilə matç derbidir. Derbilərin isə heç biri asan olmur. İlk hissədə bir az tələskənlik göstərdik. Tez-tez sürətli hücuma keçməyə çalışırdıq. İlk hissədə çoxlu top itkimiz oldu. İkinci hissədə oyunumuz yaxşılaşdı və istədiyimiz nəticəni əldə bildik.
- Sarı vərəqə alaraq cəzalı duruma düşdün...
- Neçə oyun idi ki mən onyırdım. Ancaq indi bir matçlıq kənarda qalacağam. Bizim komandada məni əvəz edəcək yetərincə futbolçu var. Migel Madera artıq sıraya dönəcək.
- Reynaldo qol vuranda çox sevindin, xüsusilə qeyd etdin...
- Təbii ki, Reynaldoya görə oldu. Çünki belə səviyyəli futbolçu uzun müddət idi ki yaşıl meydandan kənarda qalmışdı. Ancaq artıq yenidən bizim sıralarımıza qayıdıb. Qısa müddətdə əvvəli formasını bərpa etməyə çalışır. Hər oyunda qol vurduqca bizi sevindirir. Buna görə də hər qolunda biz komanda olaraq Reynaldonu dəstəkləyirik.
- Neçə ildir Azərbaycanda çıxış edirsən. Belə asan mövsüm gözləyirdin?
- Mövsümləri asan və ya çətin olduğuna görə bölə bilmərəm. Ümumiyyətlə, belə dəyərləndirmirəm. "Qarabağ" uzun müddətdir çox futbolçu birgə oynadığına görə bir-birini yaxşı başa düşür. Komandamıza gələn bir neçə yeni futbolçu də bizim oyuna adaptasiya olunur. Meydanda bir-birimizi yaxşı başa düşdüyünə görə yaxşı oynayırıq. Rəqiblərin müqavimət göstərmədiklərini deyə bilmərəm. Sadəcə, komandamızda ruh yüksəliyi var. Baş məşqçimiz bizi həmişə düzgün şəkildə motivasiya edir. Heç vaxt məğlubiyətlə barışmır. Bizdən daim ən yaxşısını tələb edir. İstər fərdi olaraq, istərsə də komanda şəkildə. Bizdən inkişaf tələb olunduğuna görə irəliləyirik. Ona görə belə nəticələr olur.
- Sarı vərəqə aldığını normal qarşıladığını deyirsən. Ancaq meydanda belə etmədin. Hətta hakimə qarşı qeyri-etik hərəkət etdi.
- Qol sevincini bölüşərkən bir qədər çılğınlığa yol verdim. Həmin anda da "Neftçi"nin qapıçısı Aqil Məmmədovla aramızda gərginlik yarandı. Səhv məndə idi. Bu səbəbdən də sarı vərəqə gördüm. Hər ikisindən - həm qapıçıdan, həm də baş hakimdən üzr istədim. Qolu belə çılğın şəkildə qeyd etməyə ehtiyac yox idi.