1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Namiq Ələsgərov: "Hazırda "Qarabağ"a rəqib yoxdur"
"Qarabağ"la ötən turdakı oyunda əzələm dartıldı. Hazırda müalicə olunuram. Bir-iki həftəyə yaşıl meydana qayıdacağam. Millinin həkimləri vəziyətimlə maraqlanıblar". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Namiq Ələsgərov deyib.
Gənc hücumçu bir müddət zədə üzündən komandasına kömək edə bilməyəcək. Gəncə təmsilçisi Ələsgərovsuz "İnter"lə dünənki ev oyununda xal itirib: "Həmin oyunu televiziyadan izlədim. Bizim üçün qələbə qazanmaq vacib idi, ancaq alınmadı. Bu xal itkisi bürünc medal uğrunda mübarizədə bizə mənfi təsirini göstərə bilər. "Qəbələ" artıq bizə gəlib çatdı. Ancaq qarşıda hələ çox oyun var".
Milli komandamızın üzvü "Neftçi" - "Qarabağ" oyununu "Bakcell Arena"da izləyənlər arasında olub: "Bu matçı izləmək maraqlı idi. Hazırda "Qarabağ"a rəqib yoxdur. Yaxşı oynadılar və qələbə qazandılar".
Qeyd edək ki, Namiq Ələsgərov müqavilə ilə "Qarabağ"a məxsusdur. O, qış fasiləsində "Kəpəz"ə yarım illiyə icarəyə verilib.