1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qovulmağa adətkardan fərqli saç düzümü ilə ilk qol
"Neftçi"nin braziliyalı futbolçusu Aylton Silva qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycanda debüt mövsümünü keçirən 21 yaşlı legioner nəhayət, yaxşı planda fərqlənməyi bacararaq lider "Qarabağ"ın qapısına başla gözəl qol vurub.
Bunu ona görə deyirik ki, Aylton bunadək aldğı qırmızı vərəqələrlə daha çox yadda qalıb. O, qış fasiləsinədək "Rəvan" (1:3) və "Kəpəz"lə (1:1) səfər matçlarında koımandasını azlıqda qoyub.
Solaxay futbolçu olan Silvanı müdafiənin sol cinahında görməyə adət etmişdiksə, Vəli Qasımovun baş məşqçi postuna gəlişindən sonra braziliyalı axır matçlarda yarımmüdafiənin sol cinahında qərarlaşıb. "Qarabağ"la matçda saç düzümü ilə diqqət çəkən Aylton oyunun sonlarında - Anyete meydana çıxandan sonra hücumda oynamağa başlayaraq fərqlənib. Qasımov Silvanın potensialının hücumda oynamağa imkan verdiyini görərək onu arxada yox, öndə oynatmağı daha məqsədəuyğun sayıb.
Silva 2 qırmızı vərəqə alsa da, antirekordçu özü yox, komanda yoldaşı Jayro Filyo Rodrigesdir. Ayltonla birgə ötən yay "Neftçi"yə gələn 24 yaşlı mərkəz müdafiəçisinin hesabında 3 qırmızı vərəqə var. Ancaq Jayro Silvadan öncə qol hesabını açmağı bacarıb. Bu, 16-cı turda "Qəbələ" ilə səfər matçında olub. Maraqlıdır ki, Rodriges də başla fərqlənib. Sadəcə, onun qolu "Neftçi"yə qələbə qazandırıbsa (1:0), Ayltonun dəqiq həmləsi məölubiyətdən (1:2) xilas etməyib və təsəlli xarakteri daşıyıb.