1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kaxaber Tsxadadze üzr istədi
"İnter"in sabiq baş məşqçisi Kaxaber Tsxadadze Qazaxıstanda ilk məğlubiyyətini alıb. Sportnet.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssisin baş məşqçisi olduğu "Kayrat" bu gün ölkə çempionatının VI turu çərçivəsində səfərdə "Ordabası"ya 0:1 hesabı ilə uduzub.
Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərdən üzr istəyib: "Çox üzücüdür. Mən baş məşqçi kimi ilk növbədə, "Kayrat"ın azarkeşlərindən üzr istəyirəm ki, komanda belə vəziyyətdədir və bu gün məğlub olduq. Həmişə baş məşqçi cavabdehdir və mən nəticə çıxarıram. Bir daha təkrar edirəm ki, "Kayrat"ın azarkeşləri qarşısında üzr istəyirəm".
Qeyd edək ki, Kaxaber Tsxadadze "Kayrat"ın baş məşqçisi kimi ilk 2 oyundan 1 qələbə, 1 heç-heçə ilə ayrılıb.