1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bonilya yenə "Xəzər Lənkəran"la oyunda diqqət mərkəzində
Azərbaycan Premyer Liqasının bombardiri Nelson Bonilya liderliyini möhkəmlədib. Sportnet.az-ın məlumatına görə, "Zirə"nin salvadorlu hücumçusu hesabına 14-cü qolu yazıb.
Bununla da 26 yaşlı legioner 3 oyunluq susqunluqdan sonra yenidən öz sözünü deyir. Belə ki, ötən tur "Rəvan"la səfər matçında ilk dəfə het-trik edən Bonilya ardıcıl 2-ci oyundur meydanı qolsuz tərk etmir.
Amerikalı forvard "Rəvan"a 5 qol vurubsa, digər autsayderin qapısına 2-ci dəfə yol tapır. Hər iki qol qış fasiləsindən sonraya təsadüf edib. O, "Xəzər Lənkəran"a 2:0 hesabı ilə qalib gəldikləri səfər matçında da ikinci hissədə fərqlənib.
Ümumiyyətlə, Bonilya "Xəzər Lənkəran"la oyunlarda adətən diqqət mərkəzinə düşür. Düzdür, bu rəqiblə mövsümün ilk yarısında oyunlar onun üçün uğursuz olub. "Zirə" lənkəranlılarla ilk oyunda aparıcı hücumçusu əvəzləndikdən sonra - 90+3-cü dəqiqədə penaltidən qələbə topunu vura bilib. Komandaların cari mövsümdə Zirədəki ilk oyununda, ikinci hissənin əvvəlində isə Bonilya ikinci sarı, ardından qırmızı vərəqə alaraq meydandan çıxarılıb.