
AZAL cari çempionatda 2-ci dəfə penaltini qaçırıb. Sportnet.az-ın məlumatına görə, komandanın gürcü futbolçuları - Nuqzar Kvirtiyanın ardınca Aleksandr Quruli "AZAL Arena"da 11 mettlik cərimə zərbəsini dəqiq vura bilməyib.
Kvirtiya 23-cü turda "Rəvan"la oyunda şansını qaçırmışdısa, Quruli bu gün "Sumqayıt"la matçda penaltidən dəqiq istifadə edə bilməyib. Maraqlıdır ki, bu 2 futbolçu hələ ilk dövrədə "Neftçi" ilə ev oyununda dəqiq yerinə yetirdikləri 11 metrlik cərimə zərbələrlə komandaya qələbə qazandırmışdılar - 2:1.
AZAL-ın vurduqları penaltiləri adətən öz meydanındakı matçlara təsadüf edir. Daha bir dəfə isə Mirzağa Hüseynpur 11 metrlik cərimə zərbəsini qola çevirib. Bu, 28-ci turda "Kəpəz"i böyük hesabla yendilkləri matçda olub - 3:0.
Qeyd edək ki, Quruli AZAL-ın cari çempionada ilk qolunun müəllifidir. Maraqlıdır ki, bu, məhz "Sumqayıt"la oyunda olub. Aleksandr 6-cı turda keçirilən səfər matçının 90+4-cü dəqiqəsində hesabı 1:1 etməklə komandasına bu çempionatda ilk xal qazandırıb.