1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Koper"in baş məşqçisi: "...bizim üçün pis olacaq"
"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Sloveniya "Koper"inin baş məşqçisi Rodolfo Vanoli sabah keçiriləcək oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Vanoli "Neftçi"nin güclü heyətə malik olduğunu söyləyib.
O, komandasına "ağ-qaralar"ın hücum xəttinin və Flavinyonun problem yaradacağını açıqlayıb: "Biz də bilirik ki, gördüklərimiz rəqibin bütün gücü deyil. Xüsusilə rəqibin sol cinahının təhlükəli olduğunu gördüm. Onlara oynamağa imkan verməməliyik. Əks təqdirdə, bizim üçün pis olacaq".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Koper" qarşılaşması iyulun 17-də saat 20:00-da başlayacaq.