İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiorinin transferində maraqlıdır.
Spornet.az insayder Nikolo Şiraya istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı italyan futbolçunun keçidi ilə bağlı qarşı tərəfə sorğu göndərib.
Futbolçu 2024-cü ilin iyulundan London klubunda çıxış edir. Onun müqaviləsinin müddəti 2029-cu il iyunun 30-da başa çatır.
Qeyd edək ki, R.Kalafiori 2025/2026 mövsümündə meydana çıxdığı 36 qarşılaşmada 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" onun dəyərini 55 milyon avro qiymətləndirir.













































































