1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Qəbələ" mənsiz də qalib gələcək"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk AFFA İntizam Komitəsinin tətbiq etdiyi 1 oyunluq cəzanı şərh edib. Ukraynalı mütəxəssis Sportnet.az-a açıqlamasında qərarla bağlı mübahisə etmədiyini söyləyib.
"Texniki zona qaydalarını pozmağa görə cəza verilir və bunu qəbul edirəm. Sadəcə, həmin epizodda 1 addım kənara çıxmağa görə mütləq texniki zonadan çıxarılmalı olduğumu düşünmürəm. Ancaq bir daha qeyd edirəm ki, qərarla bağlı mübahisəm yoxdur və onu qəbul edirəm" deyə 51 yaşlı mütəxəssis vurğulayıb.
Qriqorçuk bildirib ki, ki, karyerasında 2-ci cəzadır: "Əvvəllər Ukraynada "Çernomorets”də işlədiyim zamanı analoji cəzaya məruz qalmışdım. Hansı oyunda cəzalandığımı bilmirəm, amma "İlyiçevets”lə matçı buraxdığım yadımdadır".
Bu dəfə "Xəzər Lənkəran”la Azərbaycan Premyer Liqasının XXXI tur qarşılaşmasında texniki zonada ola bilməyəcək baş məşqçi bunda problem görmədiyini əlavə edib: "Onsuz da biz məşqçilər komandanı birgə hazırlayır, birgə müzakirələr aparır, birgə təhlil edirik. Sadəcə, Lənkərandakı oyunda texniki zonadan göstərişləri mən yox, köməkçilərim verəcəklər. İnanıram ki, komandam mənsiz də həmin matçda qalib gələcək".
Qeyd edək ki, Roman Qriqorçuk XXX turda "Rəvan"la oyunun 88-ci dəqiqəsində texniki zona qaydalarını pozduğu üçün cəzalanıb.