AFFA Klublar Komitəsinin növbəti iclasından sonra sədr Fikrət Hüseynov jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Media Komitəsinin nümayəndələri çıxdıqdan sonra içəridə qızğın müzakirələr başladı. Hətta, səsi bizə qədər gəlirdi. Nə baş verirdi?
- İcraiyyə Komitəsində legionerlərin limiti ilə bağlı verilən qərar idi. Bu qərar 5-6 asydı ki, müzakirə olunur. Elxan Məmmədov və Ramin Musayev də indiyə kimi müzakirələrimizdə iştirak edib. Biz inanırdıq ki, İcraiyyə Komitəsinin iclasında legionerlərə qoyulan rüsumun azaldılması ilə bağlı qərar qəbul olunacaq. Amma təəssüflər olsun ki, hər hansı qərar qəbul olunmadı. Biz bununlabağlıişçi qrupu yaradacağıq. Həmin işçi qrupunun iştirakçıları arasında "Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov, "Qəbələ”nin vitse-prezidenti Faariz Nəcəfov və mən yer alacağıq. 10 gün ərzində Elxan Məmmədovla görüşüb, ortaq məxrəcə gəlməyə çalışacağıq. Daha sonra isə İcraiyyə Komitəsinin 2-3 üzvü ilə müzakirələr aparacağıq. Ola bilsin ki, iyun ayında İcraiyyə Komitəsi yenidən yığılsın və biz bu məsələləri yenidən müzakirə edək.
- Superkubokun keçirilməsi ilə bağlı məsələ nə yerdə qaldı?
- Bu məsələ müzakirə olunmadı. Bunu, yaxın zamanlarda PFL prezidenti Ramin Musayevlə söhbət edəcəyik.
- AZAL kasad büdcə ilə çox uğurlu mövsüm keçirir. Buna baxmayaraq komandada maaşlar və mükafatlar çox gec verilir. Bunun səbəbi nədir?
- Mövsümün əvvəlində klubun strategiyasını dəyişdik. Mövcud vəizyyətlə bağlı baş məşqçimiz Tərlan Əhmədovu məlumatlandırdıq. O, ağır yükün altına girdi və çox döyüşkən kollektiv formalaşdırdı. Biz cari mövsüm avrokuboklarda iştirak edə bilərik. Rəhbərliklə 2 həftə ərzində bu barədə görüşümüz olacaq və komanda güclənəcək.
- AZAL avrokuboklara vəsiqə qazansa, bu turnirdə iştirak edəcək?
- Əlbəttə.
- Əsas sponsorların axtarışı ilə bağlı son durum necədir?
- Strategiyamızı dəyişmişik. Biz belə istəyirik. Niyə də bu futbolçularla avrokuboklarda iştirak etməyək? Çünki, bu vəsiqəni özləri qazanıb.
- Düşünmək olarmı ki,komanda Avroliqaya vəsiqə qazansa, budcə artırılacaq?
- Xeyr, buna görə yox. Düzdür, vəsiqə qazansaq, daha da güclənəcəyik. Komandaya elə futbolçular ala bilərik ki, gənc oyunçularımız onların yanında təcrübələrini artırsın. Vəziyyətdən asılı olmayaraq, 4-5 futbolçu ilə yollar ayrılacaq.
- Gündəlikdəki məslələrdən biri də 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatıdır. Bununla bağlı hansı işlər görüləcək?
- Bu məsələ ilə bağlı ümumi söhbət etdik. Bütün klublarımız dəstək olmaq üçün əlindən gələni edəcəklər.