1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Eyni gündə dünyaya gələn "abunəçi"lər: Hacıyev Nikolovdan nəylə üstündür?
Aprelin 20-də Azərbaycanda futbol funksionerlərindən olmuş "İnter"in bolqarıstanlı sabiq prezidenti Georgi Nikolovla "Bakı" və "Netçi"nin keçmiş baş məşqçisi Böyükağa Hacıyevin ad günləri olub. Sportnet.az-ın məlumatına görə, onların hər ikisi eyni gündə dünyaya gəlsə də, təvəllüdləri fərqlidir.
Belə ki, Nikovovun 56, Hacıyevin isə 58 yaşı tamam olub. Böyükağa müəllim heç vaxt "İnter"i çalışdırmadığından Nikolovla birgə işləməyib. Sadəcə, onlar arasında "abunəçi" sözüylə əlaqədar bağlılıq var.
Məsələ ondadır ki, Nikolov "İnter"ə rəhbərlik etdiyi vaxtda 2012-ci ildə "Neftçi"yə daim qalib gəldiklərinə görə rəqibini "abunəçi"ləri adlandırmışdı. Həmin açıqlamadan sonrakı ilk matçda "ağ-qaralar" 2:1 hesabı ilə qalib gələrək bu iddianın əsassız olduğu sübuta yetirdilər. Həmin vaxt 2011/12 mövsümündə isə "Neftçi"nin baş məşqçisi məhz Hacıyev idi. O, matçdan sonra açıqlamaısnda "İnter"in prezidentini söylədiyi fikirlərə görə qınamışdı.
Böyükağa müəllim özü Nikolovlu "İnter"i "abunəçi"si edib. Belə ki, "bankirlər" 4 il "Bakı"ya qalib gələ bilməyiblər. Bu, Hacıyev "zolaqlılar"ı çalışdırdığı vaxta da təsadüf edib. "İnter" "Bakı" üzərində ilk qələbəsini yalnız 2008-ci ilin martın 1-də evdə 1:0 hesabı ilə qazana bilib.
"İnter" çempionatla yanaşı, Azərbaycan kubokunda, konkret olaraq 2004/05 mövsümünün finalında da "Bakı"ya uduzub - 1:2. Düzdür, Nikolov onda ümumiyyətlə, Azərbaycana gəlməmişdisə, Hacıyev "Bakı"da prezidenti Hafiz Məmmədovun müşaviri idi.
Qeyd edək ki, Nikolov "İnter"də 9 illik faəliyyətini başa vurduqdan sonra müəyyən səbəblərdən vətəninə qayıda bilməyərək Bakıda qalmalı olub. Hacıyev isə artıq xeyli müddətdir AFFA-nın Məşqçilər Komitəsinin üzvüdür.