1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Beşiktaş" Çempionlar Liqasının qrupunda
UEFA Çempionlar Liqasının 2016/2017 mövsümündə birbaşa qrup mərhələsində çıxış edə biləcək komandaların adlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, İspaniya, İngiltərə və Almaniyanın hərəyə 3, İtaliya, Portuqaliya və Fransanın isə 2 klubu birbaşa qrup mərhələsində mübarizə aparacaq.
İspaniyanın "Barselona", "Real Madrid", "Atletiko", İngiltərənin "Lester", "Tottenhem", "Mançester Siti", Almaniyanın "Bavariya", "Borussiya", "Bayer", İtaliyanın "Yuventus", "Napoli". Portuqaliyanın "Benfika", "Sportinq", Fransanın PSJ, "Monako", Rusiyanın "Rostov", Ukraynanın "Dinamo" (Kiyev), Hollandiyanın PSV, Belçikanın "Brügge", İsveçrənin "Bazel" və Türkiyənin "Beşiktaş" klubu birbaşa ÇL-in qrupuna yüksələcək. Bu, yalnız komandaların hazırda davam edən öz ölkələrinin çempionatında yüksək yerlər tuta biləcəkləri təqdirdə mümkün olacaq.
Pley-off mərhələsindən isə 5 komanda - "Vilyarreal" (İspaniya), "Arsenal" (İngiltərə), "Herta" (Almaniya), "Roma" (İtaliya) və "Portu" (Portuqaliya) mübarizəyə qoşulacaq.