1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" səfərə itkilərlə yollandı
"Qəbələ" Premyer Liqanın 31-ci turunda aprelin 23-də görüşəcəyi "Xəzər Lənkəran"la oyuna hazırlıq öncəsi doğma məkanı tərk edib. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri bu gün Bakıya gəlib. Sabah isə komanda Lənkərana üz tutacaq. Autsayderlə səfər matçına son hazırlıq məhz orada olacaq.
"Qırmızı-qaralar" səfərə itkilərlə yollanıb. Belə ki, birdən-birə 3 mərkəz müdafiəçisi - Ruslan Abışov, Rafael Santos və Vojislav Stankoviç "Xəzər Lənkəran"a qarşı oynamayacaq. Ruslanla Rafael zədə, Vojislav cəza səbəbindən kənarda qalıblar. Onların hər 3-ü, habelə, zədəsini müalicə etdirən hücumçu Ermin Zets də Qəbələdə qalıb. Qriqorçuk müdafiənin mərkəzində boşluğu aradan qaldırmaq üçün əvəzedicilərin kapitanı Murad Musayevi heyətə cəlb edib və onun qarşıdakı matçda əsas heyətdə meydana çıxacağı gözlənilir.
"Qəbələ"nin gənc yarımümdafiəçisi Elvin Camalov da cəzalı olduğundan Lənkəranda meydana çıxa bilməyəcək. Ancaq o, komandanın düşərgəsindədir və məşqlərdə iştirak edir.