
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya "Karlsrue"sinin heyətində növbəti qolunu vurub. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçu II Bundesliqada XXXI turun "Bohum"la səfər matçında fərqlənib.
60-cı dəqiqədə meydana girən Nazarov 87-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu qolla o, komandasını məğlubiyyətdən xilas edib - 1:1.
Qeyd edək ki, hazırda "Karlsrue" 43 xalla 8-ci pillədədir.