1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"lə "Qarabağ"ın sabiq futbolçuları "Dinamo"nu çempion etdi - VİDEO
Tbilisi "Dinamo"su sona 4 tur qalmış Gürcüstan çempionu olub. Sportnet.az-ın məlumatına görə, Yuray Yarabekin baş məşqçi olduğu komanda XXXVI turda "Kolxeti" üzərində 3:1 hesablı qələbə qazandığı görüşdən sonra qızıl medalları təmin edib.
"Dinamo" bu qələbə sayəsində ən yaxın izləyicisi "Samtredia"nı 13 xal üstələyib. Komandanın veteranı, Bakı "İnter"inin sabiq futbolçusu Aleksandr İaşvili hələlik işin yarısını gördüklərini bildirib. Onun sözlərinə görə, Tbilisi təmsilçisini qarşıda ölkə kubokunun finalı gözləyir: "Biz "qızıl dubl" etsək, ürəkdən sevinəcəyik".
Bu "Dinamo"nun Gürcüstan çempionatları tarixində 16-cı çempionluğudur. Komanda keçmiş SSR-i də 2 dəfə çempion olub. "Dinamo"nun hazırkı futbolçularından Aleksandr İaşvilidən başqa Aleksandr Amisulaşvili və Mikel Alvaro da əvvəllər "İnter"də oynayıb. Nikoloz Gelaşvili isə bir vaxtlar "Qarabağ"ın formasını geyinib.
Qeyd edək ki, ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Dinamo" Azərbaycan təmsilçisi "Qəbələ"yə iki oyunun nəticəsində (2:1, 0:2) uduzaraq, mübarizəni erkən dayandırıb.