Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının keçiriləcəyi stadionlarda yoxlamalara başlayıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, məqsəd oyunlar zamanı hər hansı mümkün təhlükəni önləməkdən ibarətdir.
FHN əməkdaşları təkcə oyunların keçiriləcəyi 4 stadionu deyil, hətta səhvən "Bakı" klubunun Təlim-Məşq Bazasını da yoxlamaq istəyib. Bu məqsədlə bazaya baş çəkən nazirlik rəsmilərinə yanlış ünvana gəldikləri izah olunub.
Qeyd edək ki, Avropa çempionatı 5 - 21 mayda Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa Arena" və "Azərsun Arena"da keçiriləcək.