Azərbaycan I Divizionunda çıxış edən "Neftçala" klubu Peşəkar Futbol Liqasına müraciət edərək 24-cü turda "Ağsu" ilə keçirəcəyi ev oyunun stadionunun dəyişdirilməsi istəyib. Sportnet.az-ın məlumatına görə, buna səbəb aprelin 30-da komandanın ev oyunlarının keçirildiyi Nəriman Nərimanov adına şəhər stadionunda dövlət tədbirinin keçirilməsidir.
PFL müraciəti əsas götürərək oyun məkanını və tarixini dəyişib. "Ağsu" klubunun da razılığı ilə komandalar 29 aprel tarixdə Binə qəsəbə stadionunda üz-üzə gələcəklər. Oyun saat 15:00-da başlanacaq.