1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nuqzar Kvirtiya: "Baş məşqçimizin göstərişi bu oldu ki..."
"Baş məşqçimiz hər futbolçuya meydana çıxıb komandaya kömək etmək göstərişi verir. Bu dəfə də belə oldu". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "CBC Sport"a açıqlamasında AZAL-ın futbolçusu Nuqzar Kvirtiya deyib. Gürcü yarımmüdafiəçi Premyer Liqanın 32-ci turunda "Xəzər Lənkəran"la ev oyununda ikinci hissədə meydana çıxaraq qələbə topunun müəllifi olub.
Nuqzarın sözlərinə görə, əsas tapşırıq oyunun keyfiyyətinin yaxşılaşdırılması, topa daha çox özündə saxlamalı olub: "Baş məşqçimiz həmiçə ötürmələrə üstünlük verməyimizi istəyir. Elə alındı ki, mən sonradan meydana çıxdım və qələbə topunu vurdum. Əsas heyətdə yer almamağımın səbəbini nə idi? Baş məşqçimin belə fikri oldu ki, ehtiyatda qalım. Başqa heç nə deyə bilmərəm".
Qeyd edək ki, Kvirtiya fərqlənəndən sonra sevinicini həyat yoldaşı ilə bölüşüb və topu formasını altına qoymaqla vurduğu gələcək övladına həsr etdiyinə işarə vurub.