1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sezar Meza Kolli seçim qarşısında
"İnter” daha bir legionerindən cavab gözləyir. Klubun seleksiyaçı məşqçisi Zaur İsmayılov Sportnet.az-a açıqlamasında əslən Paraqvaydan olan hücumçu Sezar Meza Kollinin qalmasını istədiklərini bildirib.
Ancaq gürcü müdafiəçi Zurab Xizanayşvilidən fərqli olaraq bu legioner hələ ki yeni müqavilə təklifini qəbul etməyib: "Onun bir neçə variantı var. Deyəsən, həm də Cəbuni Amerikadan, həm də Avropadandır. Sezara şərtlərimizi demişik. Müsbət cavab versə, o da "İnter”də qalacaq”.
İsmayılov müqaviləsi bitən Ruslan Əmircanovun məsələsinin açıq qaldığını bildirib: "Onun komandada qalıb-qalmayacağı bilinmir. Gənc futboçularımızı icarəyə vermək yəqin ki olmayacaq. Orxan Sadıqlının gəlişindən sonra qapıçı məsələsini bağlamışıq. Bizdə əsas qapıçı Səlahət Ağayev də var”.
"İnter” gürcü Nika Kvekveskirinin "Qəbələ”yə keçidindən sonra onun mövqeyinə futbolçu axtarışını davam etdirir: "Bizə oyun qurucusu lazımdır. Çox variantımız var. Aldığımız təkliflərə hələ ki baxırıq. Sonda seçimimizi edəcəyik”.