
AVRO-2016-da ilk yarımfinal matçının ən yaxşı futbolçusu açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bu, Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu olub. 31 yaşlı hücumçu Uels yığmasına 2:0 hesabı ilə qalib gəldikləri oyunda həm qol, həm də məhduldar ötürmə müəllifi olub.