1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bütün klublarımızın avrokubok matçları "CBC Sport"da
Avokuboklarda cari mövsümdə iştirak edən bütün Azərbaycan klublarının oyunları eyni telekanalda yayımlanacaq. Sportnet.az-ın məlumatına görə, Avropa Liqasında təmsilçilərimiz olan "Kəpəz”, "Qəbələ”, və "Neftçi”nin ardınca "Qarabağ”ın Çempionlar Liqasının oyunu da "CBC Sport"la göstərilməsi həllini tapıb.
Telekanalın baş direktoru Volkan saytlarında bu haqda məlumat verib. Onun sözlərinə görə, "Qarabağ” rəsmiləri ilə danışıqları müsbət nəticə verib: "Hələlik yalnız rəsmi müqavilənin imzalanması qalır. Ancaq demək olar ki, bütün məsələlərdə ortaq məxrəcə gəlmişik. Avropa Liqasından sonra Çempionlar Liqasının oyununu yayımlamaq bizim üçün böyük təcrübədir. Əminəm ki, bu işin öhdəsindən də uğurla gələcəyik. Çempionlar Liqası olduqca nüfuzlu bir turnirdir və CBC Sport-da bu yarışın bir hissəsi olmaqdan qürur duyur. "Qarabağ”a qitə miqyaslı yarışda uğurlar arzu edirik və inanırıq ki, Ağdam klubu yenə qrup mərhələsinə yüksələ biləcək”.
Xatırladaq ki, "Qarabağ" bu turnirdə mübarizədə II təsnifat mərhələsində iyulun 12-də Lüksemburqun "Düdelanj" klubu ilə ev oyunu başlayacaq. Matç Bakı vaxtilə saat 21:00-da başlayacaq.