"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ı ilə ilk oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis əvvəlcə görüş barədə danışıb...
- Rəqib oyuna çox ciddi hazırlaşmışdı. Məncə, qolları tam vaxtında vurduq. Amma "Düdelanj"da alman intizamı var. Cavab görüşü çətin olacaq. Rəqibin bizə daha çox problem yaradacağını gözləyirəm. Stadionlarının durumu 20 gün əvvəl heç də yaxşı deyildi. Bunları nəzərə alaraq, bizə çətinlik olacağını deyə bilərəm. Futbolçularım sonadək topa nəzarət etdilər. Cavab oyununa daha ciddi hazırlaşmalıyıq.
- İki fərqli hissə izlədik. Buna rəqib imkan vermədi?
- Futbolçulara tempi aşağı salma tapşırığı verilməmişdi. Futbolçular ideal formalarından uzaqdır. İkinci hissədə belə oyun gözlənilən idi. Rəqib də bizi oyun tempini aşağı salmağa məcbur etdi, düşündüyümüz hücumları qurmağa imkan vermədi. Qalib iki oyunda müəyyənləşir. Səbrli olmalıyıq.
- Üç sarı vərəqə çox deyil?
- Çoxdur. Axırıncı dəfə nə vaxt belə olduğunu xatırlamıram. Qara Qarayevlə Maksim Medvedevə rəqibin hücumlarının qarşısını almağı tapşırmışdım. Düşünürəm ki, sarı vərəqələrə rəqib məcbur etdi.
- Cavab görüşündə bu rəqibin "Qarabağ"a 3 qol vurması realdır?
- Həyatda mümkünsüz bir şey yoxdur. Futbol elə bir səviyyəyə çatıb ki, belə halları reallaşdırmaq mümkünləşib. Əlbəttə, diqqətsiz olsaq, meydana arxayın çıxsaq, belə hal baş verə bilər. Amma buna imkan verməməyə çalışacağıq. Çox ehtiyatlı və diqqətli olmalıyıq. Futbolçularıma həmişə "Gefle" - "Olimpiakos" matçını misal gətirirəm.
- Əlhərbi əl-Jadeyui və Arif Daşdəmirova bu gün şans verməməyinizin səbəbi nə idi?
- Çünki "18-lik"də yer yox idi. İmkanım olsa, hamıya şans verərdim. Bütün oyunçular, həmçinin Ariflə Əlhərbi oynamağa layiq idilər. Bu turnir elədir ki, tez-tez oyunçu dəyişikləri olur. Gələn matçda ola bilsin, digər futbolçulara da şans verdim.
- Xeyr, hazırda bütün diqqətimizi bu oyuna yönəltmişik. Hələ növbəti mərhələdəki rəqibləri düşünmürük.