Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub.
Sportnet.az xəbər verir ki, Fidan Əlizadə (63 kq) gümüş medal qazanıb.
Madina Kaisinova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İyunun 7-də Azərbaycanın daha 5 qadın cüdoçusu mübarizəyə qoşulacaq.
















































































