Makedoniyada "Şkendiya" ilə "Neftçi" arasında keçirilən Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə insident yaranıb. Sportnet.az-ın oyunu canlı izləyən əməkdaşının məlumatına görə, 71-ci dəqiqədə qonaq komandanın futbolçusu Vançe Şikov ikinci sarı vərəqə alaraq, meydandan qovulub.
Referi onun kobudluq etdiyi qənaətinə gəlib. Lakin Şikov həmin epizoddan sonra zədələnərək, yerdə qalıb. Baş hakimin qərarı mübahisələrə səbəb olub. İki komandanın futbolçuları ilə yanaşı, insidentə ehtiyat oyunçular skamyası da qoşulub. Bu zaman məşqçi Dmitri Kramarenko ilə "Şkendiya"nın məşqçisi arasında söz savaşı başlayıb. Lakin mübahisənin böyüməsinə imkan verilməyib.
Qeyd edək ki, hazırda 10 oyunçu ilə mübarizəni davam etdirən "Neftçi" 0:1 hesabı ilə uduzur.